logo

Azərbaycanda 1 milyon 70 min nəfərə COVİD-19-a qarşı vaksin vurulub

18:10 08-04-2021 | icon 1862
Azərbaycanda 1 milyon 70 min nəfərə COVİD-19-a qarşı vaksin vurulub

Azərbaycanda aprelin 8-də daha 43 min 698 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinasiya olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 33 min 40, ikinci mərhələ üzrə peyvənd vurulanların sayı 10 min 658 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksinlərin sayı 1 milyon 69 min 488-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 672 min 503, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 396 min 985 nəfərdir.