logo

Taekvondoçumuz Avropa çempionatının yarımfinalına yüksəlib

15:55 08-04-2021 | icon 266
Taekvondoçumuz Avropa çempionatının yarımfinalına yüksəlib

Bu gün Bolqarıstanın paytaxtı Sofiya şəhərində taekvondo üzrə Azərbaycan millisinin də qatıldığı böyüklər arasında Avropa çempionatı start götürüb.

YeniAvropa xəbər verir ki, yarışın birinci günündə komandamızın dörd üzvü dayanq üzərinə çıxıb. Qadınlardan Minaya Əkbərova (46 kq) səkkizdəbir finalda Özlem Gürüz (Almaniya), dörddəbir finalda isə bolqarıstanlı Qabriele Katsarovaya qalib gələrək yarımfinala vəsiqə qazanıb. Bununla da idmançımız ən azı bürünc medalı özünə təmin edib. Növbəti mərhələdə onun rəqibi rusiyalı Larisa Medvedeva olacaq.

Patimat Abakarova (49 kq) isə səkkizdəbir finalda İtaliya təmsilçisi Martina Korellini mübarizədən kənarlaşdırsa da, dörddəbir finalda rumıniyalı Liana Musteataya uduzub. Kişilər arasında Bəhruz Quluzadə (54 kq) və Pərviz İsgəndərov (58 kq) mübarizəni erkən dayandırıblar.

Komandamız turnirdə 11 idmançı ilə təmsil olunur. Yarışa aprelin 11-də yekun vurulacaq.