logo

Keçmiş məhkumdan 2 kq-dan artıq heroin götürüldü

15:33 08-04-2021 | icon 1484
Keçmiş məhkumdan 2 kq-dan artıq heroin götürüldü

Sabunçu rayonunda keçmiş məhkumdan iki kiloqramdan artıq heroin götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Məmişov Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Sabunçu rayonu ərazisində saxlanılıb. Axtarış zamanı ondan 2 kiloqramdan artıq heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.