İraq parlamentinin nümayəndə heyəti Milli Məclisdə olub
Aprelin 5-də Milli Məclisdə ölkəmizdə səfərdə olan İraq Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Şerko Məhəmməd Saleh Əhməd Kadir Mir Vaisin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki,qonaqları salamlayan Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli ölkələrimiz arasındakı tarixi dostluq münasibətlərindən danışıb. Bildirilib ki, ötən illər ərzində ölkələrimiz arasında münasibətlər müxtəlif sahələrdə uğurla inkişaf edib. Azərbaycan daim İraqın ərazi bütövlüyünü dəstəkləyib, İraq da beynəlxalq təşkilatlarda Azərbaycanı dəstəkləyən mövqe nümayiş etdirib.
Söhbət zamanı parlamentlərarası münasibətlərə də toxunularaq bildirilib ki, parlamentlərarası dostluq qruplarının fəaliyyəti iki ölkə arasında münasibətlərin daha da inkişafına xidmət edir.
Səmimi qonaqpərvərliyə görə təşəkkürünü ifadə edən İraq parlamentinin Xarici əlaqələr komitəsinin sədri Şerko Məhəmməd Saleh Əhməd Kadir Mir Vais Azərbaycan tərəfinə müxtəlif məsələlərdə, o cümlədən terrorizmə qarşı, həmçinin kovonavirusla mübarizədə göstərilən köməyə görə təşəkkürünü bildirib.
İraq parlamentinin fəaliyyətindən danışan qonaq diqqətə çatdırıb ki, hazırda İraqda sabitlik mövcuddur. Bu sabitliyin təmin edilməsində parlamentin qəbul etdiyi qanun və qərarlar mühüm rol oynayır.
Görüşdə çıxış edən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Azərbaycan-İraq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Rəşad Mahmudov, İraq parlamentinin İnsan hüquqları komitəsinin sədri Arşed Rəşad Fath Allah əl-Salihi, millət vəkili xanım Nisrin Fadil Raham və başqaları qarşılıqlı əlaqələrin inkişaf perspektivləri barədə fikirlərini bölüşüblər.
Görüşdə Milli Məclis sədrinin müavini Fəzail İbrahimli, Azərbaycan-İraq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri İlham Məmmədov, işçi qrupun üzvü Cavanşir Paşazadə, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, hər iki ölkənin müvəqqəti işlər vəkilləri Nəsir Məmmədov, Maki Ressan Al-Mamori və digər rəsmi şəxslər iştirak ediblər.
Güləşçilərimizin Avropa çempionatında ilk rəqibləri bəlli oldu
II mərhələ üzrə peyvənd olunanların sayı 500 min nəfərə yaxınlaşır
9 cüdoçumuz Avropa çempionatından 2 bürünc medalla dönür
Azərbaycanda ər-arvad COVİD-19-dan dünyasını dəyişib
Azərbaycanda daha 2144 nəfər koronavirusa yoluxdu, 33 nəfər öldü
Rusiya ukraynalı konsulun saxlanılması görüntülərini yaydı -Diplomatik qalmaqal
Xalq artisti Eldar Quliyev dəfn edilib
Sabah NASA-nın helikopteri Marsda ilk uçuşunu həyata keçirəcək
Müdafiə Nazirliyi Ağdam rayonunun Saybalı kəndinin görüntülərini yaydı
COVİD-19-a qarşı peyvənd olunanlarla bağlı həkimdən açıqlama
Sabah Bakıda 22°, bəzi bölgələrdə isə 29° isti olacaq
Gürcüstanda ardıcıl 14 gün tətil elan olunub
Prokurorluq minaya düşən şəxslə bağlı məlumat yaydı
AMİP-in Siyasi Şurasının üzvü COVİD-19-dan dünyasını dəyişdi
İşğal dövründə ermənilər bütün abidələri tamamilə məhv ediblər-XİN
Ağdamda qoyun otaran şəxs minaya düşdü
Müdafiə Nazirliyi Qubadlı rayonunun Tarovlu kəndinin görüntülərini yaydı
Bakıda yaşayış binasında yanğın: 2 nəfər tüstüdən zəhərləndi
Neft mədənində tapılan yaralı kərkəs xilas edilib
Türkiyə cüdoçusu Avropa çempionu oldu
Mehdi Səlimzadənin başçı olduğu rayonda əməliyyat: Saxlanılanlar var
Şəhid polkovnikin təsirli piano ifası - Video
Paytaxtda daha bir müəllim koronavirusdan dünyasını dəyişdi
Azərbaycanda bələdiyyə sədri 3000 manat cərimələndi
Armen Sarkisyan seçki məcəlləsinə dəyişikliyi imzalamaqdan imtina etdi