logo

Azad Rəhimovun nazirliyində 27 nöqsan aşkarlanıb

13:25 05-04-2021 | icon 1477
Azad Rəhimovun nazirliyində 27 nöqsan aşkarlanıb

Ötən il üzrə Gənclər və İdman Nazirliyində ümumilikdə 27 nöqsan aşkarlanıb.

YeniAvropa xəbər verir ki, bu barədə “Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabatında bildirilir.

Hesasbatda qeyd edilib ki, ötən il nazirlikdə büdcə qanunvericiliyi ilə bağlı 13, əsaslı qoyuluşlarla bağlı 5, dövlət satınalmaları ilə bağlı 6, vergi və gömrük qanunverciliyi ilə bağlı 2, büdcədən kənar fond, sosial təminat və sosial müdafiə məsələləri ilə bağlı 1 nöqsan aşkarlanıb.

Xatırladaq ki, gənclər və idman naziri Azad Rəhimovdur.