logo

Bayden Zelenskiyə Ukraynanın suverenliyini dəstəklədiyini dedi

20:40 02-04-2021 | icon 2086
Bayden Zelenskiyə Ukraynanın suverenliyini dəstəklədiyini dedi

ABŞ prezidenti Co Baydenin Ukrayna prezidenti Vladimir Zelenski ilə ilk  telefon danışığı olub.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu barədə Ağ Ev tərəfindən məlumat yayılıb. 

Bildirilir ki, Bayden ABŞ-ın Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini qeyd edib.

Bundan başqa, Ağ Ev rəhbəri Zelenskinin korrupsiyaya qarşı mübarizə planını və demokratik dəyərlərə əsaslanan islahatların həyata keçirilməsini də dəstəkləyib.

Məlumata görə, telefon danışığı 30-40 dəqiqə davam edib.