logo

Azərbaycanda daha 2361 nəfər koronavirusa yoluxdu, 24 nəfər öldü

17:57 02-04-2021 | icon 1953
Azərbaycanda daha 2361 nəfər koronavirusa yoluxdu, 24 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasından 822 nəfər müalicə olunaraq sağalıb, 2361 yeni yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 266 min 322 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 239 min 807 nəfər müalicə olunaraq sağalıb, 3617 nəfər vəfat edib. Aktiv xəstə sayı 22898 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 901 min 160 test aparılıb. Bugünkü test sayı isə 13127-dir.