DTX-nın tutduğu İsmayıllının icra nümayəndəsi 8 il yarım həbs edildi
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İsmayıllı rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhəri üzrə icra nümayəndəsi Məhərrəm Əhmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
YeniAvropa xəbər verir ki, məhkəmənin hökmü ilə o, 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
M.Əhmədov 2 il 6 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum olunub. Onun cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Qeyd edək ki, M.Əhmədovun qanunsuz hərəkətləri barədə daxil olan məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
Aparılan tədbirlərlə M.Əhmədov tərəfindən qanunsuz ödənişlər müqabilində “Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Nazirlər Kabinetinin 2 aprel 2020-ci il tarixli 124 nömrəli Qərarına zidd olaraq rayon ərazisində hüquqi şəxs və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə, eləcə də müvafiq kateqoriyalara aidiyyəti olmayan digər fiziki şəxslərə işləmələri barədə icazə.e-gov.az portalında qeydiyyatdan keçməyən arayışların verilməsi, habelə aztəminatlı ailələr üçün dövlət tərəfindən ayrılmış ərzaq sovqatlarının mənimsənilməsinə dair əsaslı şübhələr müəyyən edilib.
Şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin inzibati binasına və M.Əhmədovun rayonun Mican kəndində yerləşən yaşadığı evə baxış keçirilərək müxtəlif fiziki şəxslərə məxsus plastik bank kartları aşkar edilib və müəyyən edilib ki, sonuncu öz yaxın qohumlarının adlarına formal olaraq rəsmiləşdirməklə müxtəlif sayda plastik bank kartlarının alınmasına nail olub, bu yolla ümumilikdə 2016-2020-ci illər ərzində 12 400 manat məbləğində vəsaiti qanunsuz olaraq mənimsəyib. Bununla yanaşı, baxış zamanı nağd pul, ayrı-ayrı şəxslərin adlarına guya işləmələri barədə verilmiş qanunsuz arayışlar və onlara dair qeydlər, habelə aztəminatlı ailələrə yardım məqsədilə nəzərdə tutulmuş ərzaq bağlamaları və digər əhəmiyyətli sənəd və əşyalar aşkar edilərək götürülüb.
İstintaq zamanı toplanmış ilkin sübutlar əsasında fakta görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.
Ona Cinayət Məcəlləsinin 179.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə) maddədi ilə də ittiham verilib.
"Bandotdel" əməliyyat keçirdi-VİDEO
3 taekvondoçumuz Avropa Olimpiya təsnifat turnirində iştirak edəcək
Meriyanın tabeliyindəki bağçalarda 2 milyon manatlıq yeyinti aşkarlandı
Azərbaycanlı və pakistanlı gənclər evləndi, rektorla səfir şahid oldu
Azərbaycanın "Əməkdar mədəniyyət işçisi" koronavirusdan vəfat etdi
İlham Əliyev Özbəkistana rəsmi səfər edəcək
Ermənistanda sərxoş sürücü 2 hərbçini öldürdü, 4-nü isə yaraladı
Gürcüstanın "İnterpol"la axtardığı şəxs Azərbaycanda tutuldu
Türkiyə səfiri Erkan Özoral sabah Bakını tərk edəcək
Ətraf mühiti çirləndirən bələdiyyə sədri 3000 manat cərimə olundu
Türkiyə Ukrayna-Rusiya böhranında neytral mövqe tutur-Mövlud Çavuşoğlu
Sabah Bakıda 21° isti olacaq
Zəngilan rayonunun Ağ oyuq qəsəbəsinin videogörüntüləri yayıldı
“Zəfər yolu”nun inşası sürətlə davam etdirilir
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb
Azərbaycan nefti 65,92 dollara satılır
Azərbaycan əhalisinin sayı 10 milyon 127 min 127 nəfərə çatıb
Ucarda arvadını qətlə yetirən ər həbs edildi
Milli Məclisin sabiq sektor müdiri vəfat etdi
Bu gündən Azərbaycanda istilik təchizatı dayandırılır
Bu gün tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilir
UEFA Çempionlar Liqasının bütün yarımfinalçıları müəyyənləşib
Türkiyənin sabiq baş naziri vəfat edib
Aleksandr Lukaşenkonun Azərbaycana işgüzar səfəri başa çatıb
Ölkədə II mərhələdə peyvənd olunanların sayı 430 min nəfərə çatır