logo

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşü keçirilir

17:29 31-03-2021 | icon 4935
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşü keçirilir

Martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşü keçirilir.

YeniAvropa xəbər verir ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Zirvə görüşünü açaraq iştirakçıları salamlayıb.

Azərbaycan prezidenti İlham Əliyev Zirvə görüşündə çıxış edib.

Qeyd edək ki, tədbirdə, həmçinin Qazaxıstanın birinci prezidenti – Elbası Nursultan Nazarbayev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının prezidenti Sadır Japarov, Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov, Macarıstanın baş naziri Viktor Orban, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdad Amreyev iştirak edirlər.