logo

DÇ-2022: Bu gün Azərbaycan millisi Serbiya ilə qarşılaşacaq

12:53 30-03-2021 | icon 2156
DÇ-2022: Bu gün Azərbaycan millisi Serbiya ilə qarşılaşacaq

Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan və Serbiya milli komandaları qarşılaşacaqlar.

 YeniAvropa xəbər verir ki, saat 20:00-da başlayacaq oyun "CBC Sport" televiziya kanalı vasitəsilə canlı yayımlanacaq.

Qarşılaşmanı İsraildən olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Roi Reinshreiber olacaq. Ona həmyerliləri David Elias Biton və Sagi Metzamber kömək edəcəklər. Dördüncü hakim funksiyasını David Fuxman yerinə yetirəcək.

Azərbaycan millisi qrupdakı ilk matçında Portuqaliyaya 0:1, yoldaşlıq görüşündə Qətərə 1:2 hesabı ilə uduzub. Serbiya yığması isə qrupdakı hər iki oyununu evdə keçirib. İrlandiyaya 3:2 hesabı ilə qalib gələn Draqan Stoykoviçin rəhbərlik etdiyi komanda Portuqaliya ilə oyunda heç-heçəyə razılaşıb - 2:2.

Hazırda Serbiya millisi 4 xalla turnir cədvəlinə başçılıq edirlər. Xalı olmayan Azərbaycan millisi isə 4-cü pillədə qərarlaşıb.