logo

Dmitri Peskov Rusiyanın Azərbaycana etimadından danışdı

11:55 30-03-2021 | icon 1617
Dmitri Peskov Rusiyanın Azərbaycana etimadından danışdı

Bizim Azərbaycan ilə qarşılıqlı hörmətə və etimada əsaslanan gözəl münasibətlərimiz var.

 YeniAvropa xəbər verir ki, bu fikri “Arqumentı i faktı” nəşrinə müsahibəsində Rusiya prezidentinin mətbuat xidmətinin katibi Dmitri Peskov səsləndirib.

Onun sözlərinə görə, iki ölkə arasında qarşılıqlı faydalı münasibətlər çoxdur.

 “Bizim Azərbaycan ilə qarşılıqlı hörmətə və etimada əsaslanan gözəl münasibətlərimiz var. Bu münasibətlərin qarşılıqlı faydalı aspektləri çoxdur. Ermənistan ilə də tarixən yaxşı münasibətlərimiz mövcuddur. Bizim Ermənistana xeyli fayda gətirə biləcək həm siyasi, həm də iqtisadi inteqrasiya proseslərinin sayı çoxdur”,-deyə Peskov vurğulayıb.