logo

İsmayıllıda gölü satışa çıxardılar

16:56 29-03-2021 | icon 2114
İsmayıllıda gölü satışa çıxardılar

İsmayıılı rayonunun Lahıc kəndində göl satışa çıxarılıb.

 YeniAvropa xəbər verir ki, bu barədə müvafiq elan əmlak satışı saytlarının birində  yerləşdirilib. Məlumatda qeyd olunub ki, 88 sot sahəsi olan təbii göl 120 min manata satılır.

Gölün dərinliyinin 7-11 metr olduğu və turistik yerdə yerləşdiyi qeyd olunub.

Həmçinin gölün ətrafında yüngül konstruksiyalı evlərin tikilməsinə də icazə var.

Elanda gölün təcili və ucuz qiymətə satıldığı bildirilir.