logo

11 cüdoçumuz Tbilisi “Böyük dəbilqə”sində cəmi 2 medal qazandı

14:54 28-03-2021 | icon 2149
11 cüdoçumuz Tbilisi “Böyük dəbilqə”sində cəmi 2 medal qazandı

Bu gün  Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Böyük Dəbilqə” turnirində  Azərbaycanın son 2 cüdoçusu mübarizəyə qoşulub.

YeniAvropa xəbər verir ki,  Aslan Mirzəyev 100 kq, Uşangi Kokauri isə 100 kq-dan yuxarı çəki dərəcəsində çıxış edib.

Mirzəyev 1/32 finalda qətərli Reda Nafvaya qalib gəlsə də, növbəti mərhələdə özbəkistanlı Muzaffarbek Turoboyevə uduzub.

Kokaurinin ilk qarşılaşması isə 1/8 finala təsadüf edib. O, türkiyəli Cemal Erdoğanla üz-üzə gəlib. Görüş Erdoğanın qələbəsi ilə yekunlaşıb.

Bununla da hər iki cüdoçu yarışı erkən başa vurub.

Qeyd edək ki, Azərbaycan yığması “Böyük Dəbilqə”yə 7 kişi və 4 qadın cüdoçu ilə yollanıb. İlk 2 yarış günündə Kəramət Hüseynov (60 kq) və Murad Fətiyev (81 kq) bürünc medal qazanıb.