logo

Azərbaycan millisi Qətərə də məğlub oldu: 1-2

22:50 27-03-2021 | icon 2107
Azərbaycan millisi Qətərə də məğlub oldu: 1-2

Macarıstanın Debretsen şəhərindəki "Nadyerdeyi" stadionunda beynəlxalq yoldaşlıq görüşü çərçivəsində keçirilən Azərbaycan-Qətər oyunu başa çatıb.

 YeniAvropa xəbər verir ki,  görüş Qətər millisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Millimizin yeganə qolunu oyunun 16-cı dəqiqəsində Ramil Şeydayev vurub. O, hakimin təyin etdiyi 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib.

Xatırladaq ki, Azərbaycan-Qətər yoldaşlıq oyunu dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçerilib.

Bundan əvvəl Azərbaycan millisi martın 24-də İtaliyanın Turin şəhərindəki "Yuventus" stadionunda Portuqaliya yığması ilə qarşılaşıb. Oyunda millimiz 0:1 hesabı ilə məğlub olub.

Qeyd edək ki, yığma komandamız "DÇ-2022"nin seçmə mərhələnin "A" qrupunda Portuqaliya millisi ilə yanaşı, Serbiya, İrlandiya və Lüksemburq komandaları ilə mübarizə aparacaq. Yığmamız növbəti oyununu martın 30-da Bakıda Serbiya seçməsinə qarşı keçirəcək.Qətər millisi "DÇ-2022"nin ev sahibi kimi  bu qrupda yer alan komandalarla  sadəcə yoldaşlıq oyunları keçirir.