logo

Aİ Şurasının sədri Türkiyəyə səfər edəcək

11:12 26-03-2021 | icon 1841
Aİ Şurasının sədri Türkiyəyə səfər edəcək

Avropa İttifaqı (Aİ) Şurasının sədri Şarl Mişel apreldə Türkiyəyə səfər edəcək.

YeniAvropa “Anadolu”  agentliyinə istinadla xəbər verir ki, bu barədə  Şarl Mişel Aİ komissiyasının sədri Ursla von der Leyenlə birlikdə qurumun Zirvə toplantısından sonra keçirilən mətbuat konfransında məlumat verib.

“Apreldə bu ölkəyə ziyarət etmək üçün təmaslar davam edir. Türkiyə gələcək həftələr və aylarda mülayim davranışı davam etdirərsə, biz də Aİ və üzvləri olaraq masaya daha konkret təkliflər qoymağa hazırıq. Türkiyə ilə proqnozlaşdırılan bir əlaqə qurmaq istəyirik. Gömrük birliyinin gücləndirilməsi, cəmiyyətlər arasında təmaslar, turizm və təbii miqrasiya məsələləri müzakirə mövzularındandır”,- deyə Aİ sədri qeyd edib.

Şarl Mişelin Türkiyədə ölkə rəsmiləri ilə görüşü, eləcə də qaçqın düşərgələrinə baş çəkəcəyi planlaşdırılır.