logo

Bakıda bayram tonqalında yanan kişi öldü

19:11 24-03-2021 | icon 259
Bakıda bayram tonqalında yanan kişi öldü

Bakıda 59 yaşlı kişi tonqalda yanaraq ölüb.

YeniAvropa xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb. Rayon sakini, 1962-ci il təvəllüdlü Çələbiyev Aqil Nuru oğlu martın 21-də bayram tonqalında yanıb.

Ağır yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilən kişi orada ölüb.

 
Faktla bağlı araşdırma aparılır.