logo

Azərbaycanda daha 72 nəfər  koronavirusa yoluxdu, 4 nəfər öldü

18:28 22-02-2021 | icon 357
Azərbaycanda daha 72 nəfər  koronavirusa yoluxdu, 4 nəfər öldü

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 75 nəfər müalicə olunaraq sağalıb, 72 yeni yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 233 min 201 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 227 min 836 nəfər müalicə olunaraq sağalıb, 3202 nəfər vəfat edib. Aktiv xəstə sayı 2163 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 555 min 58 test aparılıb. Bugünkü test sayı isə 3942-dir.