Bu ilin yanvar ayında mədənçıxarma sənayesində istehsal olunmuş əsas məhsul növlərindən sayılan qiymətli metal filizlərinin 270,9 kiloqramı qızılın payına düşüb.
YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirlib. Qeyd edilib ki, bu göstərici ötən ilin müvafiq ayı ilə müqayisədə 33,1 faiz azalıb.
Fevralın 1-nə olan vəziyyətə əsasən, 365,8 kiloqram hazır qızıl ehtiyatı var.