Xalqımızın qəhrəmanlıq eposu “Koroğlu” “Azercell”in audiokitab layihəsində
“Azercell Telekom” MMC xalqımızın mədəni irsinin qorunub saxlanması, istər yazılı, istərsə də şifahi xalq ədəbiyyatı nümunələrinin daha müasir və dinamik şəkildə oxuculara çatdırılması sahəsində növbəti təşəbbüslə çıxış edib. Bilavasitə şirkətin təşəbbüsü ilə ərsəyə gələn son layihə çərçivəsində isə xalqımızın vətənpərvərlik və qəhrəmanlıq tarixini təcəssüm etdirən “Koroğlu” dastanı fərqli və rəqəmsal formatda kitab həvəskarlarının ixtiyarına verilib.
YeniAvropa xəbər verir ki, epos səsli formatda işlənib-hazırlanıb “Azercell”in “Bookmate” mobil tətbiqinin “Audiobook” (“Audio Kitab”) bölümünə yüklənəcək. Belə ki, “Koroğlu” dastanının 10 qolu tanınmış jurnalist və səyyah-bloger Azər Qəribin ifasında səsləndirilib, eposun bəzi bəndləri isə gənc bəstəkar və folk-rok ifaçısı Vüsal Rzasoy tərəfindən eksklüziv musiqi nömrələri ilə ifa olunub. Bundan əlavə, bədii illüstrasiyalarla müşayiət edilən “Koroğlu” audiokitabı üçün hazırlanan təsvirlər üzərində gənc rəssamlar Bəxtiyar Zaidzadə və Zəhra Əzimzadə çalışıb.
Nəzərinizə çatdıraq ki, layihənin eksklüziv təqdimatı fevralın 21-də bloger Azər Qəribin rəsmi “Facebook” səhifəsində baş tutacaq. Layihəni, həmçinin “Azercell”in rəsmi “YouTube” kanalından da izləmək mümkün olacaq.
Qeyd edək ki, “Azercell” “Bookmate” mobil tətbiqinin Azərbaycandakı rəsmi tərəfdaşıdır. “Bookmate” məkandan və istifadə edilən cihazdan asılı olmayaraq, hətta oflayn rejimdə belə müxtəlif janrlarda 4 milyondan çox elektron və audiokitabı özündə cəmləşdirən zəngin elektron kitabxanadır. “Azercell” bu əməkdaşlığın ilk ilindən mobil kitabxananın Azərbaycan dilində olan kontentini zənginləşdirməyi hədəfləyib. İndiyədək “Azercell”in təşəbbüsü ilə onlarla əsər elektron və audiokitab versiyada tətbiqə yüklənib. Dahi şair-mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubiley ilində şairin məşhur qəzəl və rübailəri üç dildə səsləndirilərək “Bookmate” proqramının “Audio Kitab” bölməsinə yüklənilib.
“Azercell”in təqdimatında “Koroğlu” audiokitab layihəsi və digər faydalı materiallardan zövq almaq üçün https://www.azercell.com/az/personal/digital-solutions/bookmate.html səhifəsi vasitəsilə “Bookmate” tətbiqinə qoşulma qaydaları barədə ətraflı məlumat əldə etmək olar.
Layihəmizin davamını izləyin.
Si Cinpin-Blinken görüşü gərgin keçib
İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var
Azərbaycan-Ermənistan sülh danışıqlarını yüksək qiymətləndiririk-Prezident
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır
Minifutbol millimizə yeni idman direktoru təyin edilib
Azərbaycan Avropa üçün həm də yaşıl enerji təchizatçısı olacaq-İlham Əliyev
"Günəşli"də neft hasilatı dayandırılıb?
Sabah Bakıda 29° isti olacaq
Berlində Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü olub
Avropa Parlamentinin qətnaməsində Azərbaycanla bağlı vəziyyət açıq şəkildə təhrif edilib-XİN
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi vəzifəsinin öhdəsindən layiqincə gəlib-Kərim Vəliyev
Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib
Uzun illər Avropa bazarlarına nəql ediləcək neft-qaz resurslarımız var
Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib
İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli seqmentində iştirak edib
AFFA “Neftçi”nin şikayətini təmin etməyib
Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir
Xəzərdə “Dalğa-2024” birgə taktiki təlimi başa çatıb
Avropa çempionatı:Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Daha 39 ailə Füzuliyə köçürülüb
Azərbaycan nefti 88,90 dollara satılır
Nazir və komitə sədrlərinin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır