logo

Sabah Bakıda arabir yağış yağacaq, 7° isti olacaq

12:52 19-02-2021 | icon 1708
Sabah Bakıda arabir yağış yağacaq, 7° isti olacaq

Azərbaycanda fevralın 20-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, gecəyə doğru yağışın sulu qara keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim şimal küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 1-3°, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 768 millimetr civə sütunundan 772 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Fevralın 20-də Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-6° isti, dağlarda gecə 7-12°, gündüz 0-5° şaxta olacağı ehtimal edilir. Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, fevralın 20-21-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.