logo

Ağdamda ermənilərin atıb qaçdığı xeyli sayda sursat aşkar edilib

14:09 17-02-2021 | icon 1806
Ağdamda ermənilərin atıb qaçdığı xeyli sayda sursat aşkar edilib

Vətən müharibəsində işğaldan azad edilmiş torpaqlarımızda Ermənistan ordusunun atıb qaçdığı odlu silah-sursatın aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.

 YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib. Qeyd edilib ki, Ağdam rayon Polis Şöbəsinin əməkdaşları rayonun Suma kəndi ərazisində düşmənə məxsus səngər və istehkamlara baxış keçiriblər.

Baxış zamanı erməni hərbçilərin atıb qaçdığı 5232 müxtəlif çaplı patronlar aşkar edilərək götürülüb.