logo

Mövlud Çavuşoğlu Azərbaycana gəlir

11:10 17-02-2021 | icon 1722
Mövlud Çavuşoğlu Azərbaycana gəlir

Fevralın 18-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana səfər edəcək. 

YeniAvropa xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildidilib ki, səfərdə məqsəd Bakıda keçiriləcək Azərbaycan, Gürcüstan və Türkiyə XİN başçılarının üçtərəfli formatda doqquzuncu görüşündə iştirak etməkdir.

İkigünlük səfəri çərçivəsində Türkiyə XİN başçısı Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşəcək, Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qəbul edəcək.

Qeyd edək ki, Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli formatda son görüşü 2019-cu ilin dekabrında Tbilisidə keçirilib. 

Üç ölkənin xarici işlər nazirləri arasında 7-ci görüş isə 2018-ci ilin oktyabrında İstanbul şəhərində  keçirilib.

Xatırladaq ki, Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli formatda ilk görüşü 2012-ci ildə Türkiyənin Trabzon şəhərində keçirilib. Bundan sonrakı illərdə isə nazirlər rotasiya qaydasında ildə bir dəfə görüşlər keçiriblər.