İranın parlament nümayəndə heyəti Milli Məslisdə olub
Fevralın 16-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ölkəmizdə səfərdə olan İran İslam Respublikası İslam Şura Məclisinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Müctəba Zünnurinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, ölkələrimiz arasında sıx münasibətlərdən söz açan Səməd Seyidov xüsusilə 44 günlük Vətən müharibəsi dövründə və müharibədən sonra İran İslam Respublikasının Azərbaycanın haqq işini və ərazi bütövlüyünü bərpa etməsini dəstəklədiyini diqqətə çatdıraraq, bunun ölkəmiz üçün tarixi əhəmiyyətə malik olduğunu vurğulayıb. Bildirib ki, İran tərəfdən Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən çıxışlar və bəyanatlar həm müharibədən öncə, həm də müharibə zamanı və sonra dəfələrlə verilib. Xüsusilə, noyabrın 3-də və 4-də İran liderlərinin verdikləri bəyanatlar Azərbaycan xalqı arasında yüksək rəğbət qazanıb və Azərbaycan-İran münasibətlərinə ciddi təsir göstərib. Təsadüfi deyil ki, torpaqlarımız işğaldan azad olunduqdan az sonra həmin bölgələri, Xudafərin körpüsünü ziyarət edən Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan-İran sərhədini dostluq sərhədi adlandırıb və bu sərhədin iki xalq arasında yalnız və yalnız inkişafa və dostluğa xidmət edəcəyini xüsusi vurğulayıb.
Çıxışında bir sıra mühüm məqamlara toxunan komitə sədri pandemiya şəraitində də ölkələrimizin bir-birini dəstəklədiklərini qeyd edib. Bildirib ki, hazırda bölgədə yeni reallıq formalaşıb və həmin reallıq parlamentlərimiz arasındakı əlaqələrin genişlənməsinə imkan yaradacaq. Səməd Seyidov deyib ki, Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlamenti İranla əməkdaşlıq əlaqələrini daha da möhkəmləndirmək niyyətindədir.
Görüşdə nümayəndə heyətinin başçısı, İran İslam Şura Məclisinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Müctəba Zünnuri İran parlamentinin rəhbərliyi və bütün deputatlar, İran xalqı adından Azərbaycan xalqına böyük Zəfər münasibətilə təbriklərini çatdırıb. Beynəlxalq miqyasda İrana qarşı məsələlərdə Azərbaycanın İrana verdiyi dəstəyə görə minnətdarlıqlarını ifadə edib.
Müctəba Zünnuri ölkəmizlə hər sahədə daha sıx əməkdaşlıq əlaqələri qurmaq niyyətində olduqlarını bildirib. Qarabağın yenidən qurulmasında İran şirkətlərinin mühüm layihələrlə iştirak etmək arzusunu, işğal dövründə ermənilər tərəfindən dağıdılmış Azərbaycan məscidlərinin bərpasını təmənnasız həyata keçirmək istədiklərini vurğulayıb. Tikinti-quruculuq işləri üçün böyük potensiala malik olduqlarını deyib. Ölkələrimiz arasında inşa olunan nəqliyyat dəhlizlərindən və s. danışıb. Qeyd edib ki, coğrafi mövqeyinə görə Azərbaycan Şərq ilə Qərbin qovuşuğunda yerləşir və bu iki qütbü birləşdirə bilər.
Çıxışlarda Azərbaycan-İran münasibətlərinin inkişafında ulu öndər Heydər Əliyevin rolu xüsusi vurğulanıb. Qeyd olunub ki, Azərbaycan-İran əlaqələri yüksələn xətlə inkişaf edir.
Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupu rəhbərinin müavini Eldar İbrahimov Azərbaycanın yenicə dövlət müstəqilliyini qazandığı XX əsrin 90-cı illərində ölkələrimiz arasında dostluq və qardaşlığın təzahürü olan hadisələri yada salıb.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri Elman Nəsirov və Sahib Alıyev əməkdaşlığımızın dünəni və sabahı barədə fikirlərini bölüşüblər.
Sonra İran İslam Şura Məclisinin üzvləri Mahmud Abbaszadə və Əli Əlizadə dostluq və əməkdaşlığa yönəlik xoş sözlərini və təkliflərini çatdırıblar.
Görüşdə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi və digər rəsmi şəxslər iştirak ediblər.
Si Cinpin-Blinken görüşü gərgin keçib
İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var
Azərbaycan-Ermənistan sülh danışıqlarını yüksək qiymətləndiririk-Prezident
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır
Minifutbol millimizə yeni idman direktoru təyin edilib
Azərbaycan Avropa üçün həm də yaşıl enerji təchizatçısı olacaq-İlham Əliyev
"Günəşli"də neft hasilatı dayandırılıb?
Sabah Bakıda 29° isti olacaq
Berlində Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü olub
Avropa Parlamentinin qətnaməsində Azərbaycanla bağlı vəziyyət açıq şəkildə təhrif edilib-XİN
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi vəzifəsinin öhdəsindən layiqincə gəlib-Kərim Vəliyev
Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib
Uzun illər Avropa bazarlarına nəql ediləcək neft-qaz resurslarımız var
Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib
İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli seqmentində iştirak edib
AFFA “Neftçi”nin şikayətini təmin etməyib
Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir
Xəzərdə “Dalğa-2024” birgə taktiki təlimi başa çatıb
Avropa çempionatı:Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Daha 39 ailə Füzuliyə köçürülüb
Azərbaycan nefti 88,90 dollara satılır
Nazir və komitə sədrlərinin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır