logo

Şagirdlərin elektron yerdəyişməsi prosesinə start verilir

17:05 16-02-2021 | icon 350
Şagirdlərin elektron yerdəyişməsi prosesinə start verilir

Fevralın 17-si saat 11:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsinə yenidən start verilir.

 YeniAvropa xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən bildirilib.Qeyd edilib ki,  şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir.

Qeyd edək ki, yanvarın 8-dən fevralın 17-dək şagirdlərin elektron yerdəyişməsi (www.sy.edu.az) portalı vasitəsilə sorğuların qəbulu məktəblərdə siniflərin II yarımil üçün komplektləşdirilməsi ilə bağlı müvəqqəti olaraq dayandırılmışdı.