logo

Vilayət Eyvazov Sadiq Gözəlovu mülki vəzifəsindən də azad etdi

10:10 15-02-2021 | icon 2037
Vilayət Eyvazov Sadiq Gözəlovu mülki vəzifəsindən də azad etdi

Daxili İşlər Orqanlarının Maddi-texniki və Sosial Bazasının Möhkəmləndirilməsi Fondunun direktoru Sadiq Gözəlov vəzifəsindən azad edilib.

YeniAvropa xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, S.Gözəlov işdən çıxarılıb. Onun yerinə hələlik təyinat yoxdur.

Xatırladaq ki,  S.Gözəlov daha əvvəl DİN-in Mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2017-ci ildə həmin vəzifəsindən təqaüdə göndərilərək Maddi-texniki və Sosial Bazasının Möhkəmləndirilməsi Fondunun direktoru təyin edilib.

Qeyd edək ki, Sadiq Gözəlovdan sonra DİN-in mətbuat xidmətinin rəhbəri vəzifəsinə polis polkovniki Ehsan Zahidov təyin edilib.