logo

Mehriban Əliyeva Füzuli,Zəngilan, Qubadlı,Laçın və Cəbrayıldan paylaşım etdi

22:31 14-02-2021 | icon 2345
Mehriban Əliyeva Füzuli,Zəngilan, Qubadlı,Laçın və Cəbrayıldan paylaşım etdi

Birinci vitse-prezident Mehriban Əliyeva özünün instaqram səhifəsində prezident İlham Əliyevlə Füzuli, Zəngilan, Qubadlı, Laçın və Cəbrayıl rayonlarına səfərlərinin görüntülərini paylaşıb.

YeniAvropa xəbər verir ki,  Mehriban Əliyeva paylaşımda yazıb:

"Əziz həmvətənlər!
İşğaldan azad olunmuş Füzuli, Zəngilan, Qubadlı, Laçın və Cəbrayıl rayonlarına etdiyimiz səfərimizin görüntülərini böyük məmnuniyyətlə sizinlə paylaşıram".

Xatırladaq ki, fevralın 14-də prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında olublar.

Səfər barədə daha ətraflı məlumat rəsmi qaydada sabah yayımlanacaq.