logo

Novruz bayramında əfv, may ayında isə amnistiya olacaq

21:15 14-02-2021 | icon 1813
Novruz bayramında əfv, may ayında isə amnistiya olacaq

Novruz bayramı ərəfəsində əfv olacaq. Hüquq müdafiəçiləri olaraq, öz məktubumuzu həm əfv komissiyasına, həm də cənab prezidentə ünvanlamışıq, siyahını təqdim etmişik. Çox güman ki, may ayında da amnistiya olacaq.

YeniAvropa xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Səidə Qocamanlı məlumat verib.  Hüquq müdafiəçisi qeyd edib ki, postmüharibə dövrü üçün əfv və amnistiyanın olması mühümdür:

"Bununla da cəmiyyətdəki əmin-amanlığı, birliyi bir daha nümayiş etdirə bilərik.

Onu qeyd etmək istərdim ki, biz hüquq müdafiəçiləri təkcə siyasi məhbusları deyil, həm də məhbəsdə olan və haqları pozulan, şəraiti pis olan Azərbaycan vətəndaşlarının da hüquqlarını müdafiə edirik, məhkəmə proseslərinin monitorinqlərini aparırıq və s.
İstərdik ki, amnistiya olacaqsa, bu geniş şəkildə olsun və nəhayət ki, cəzaçəkmə müəssisələrində yerlər boşalsın. Bu, həm də büdcəyə öz müsbət təsirini göstərər. Məlumdur ki, bir məhbusun saxlanılması üçün büdcədən maliyyə gedir.

Daha bir məsələ, elə məhbuslar var ki, çox ağır xəstədirlər, bəzisi cəzasının böyük bir hissəsini çəkib, bəzilərinin isə ailələrinin vəziyyəti pisdir, mütləq evinə dönüb, övladlarına sahib çıxmalıdırlar”.