logo

Günel Gözəlova Nazirliyin mətbuat katibi vəzifəsindən getdi

17:45 12-02-2021 | icon 1918
Günel Gözəlova Nazirliyin mətbuat katibi vəzifəsindən getdi
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlova işdən çıxıb.
 
 YeniAvropa xəbər verir ki, bu barədə o, özünün "Facebook" hesabından məlumat paylaşıb.
 
"Əziz dostlarım, həmkarlarım!
 
Bu gündən artıq illərdir çalışdığım iş yerimdən ayrılmaq qərarı aldım və rica edirəm heç kəs səbəb axtarmasın, çünki bu dünyada insan həyatı belə əbədi deyil. Keçmişə hörmət, gələcəyə inamla davam etməliyik hər bir yolun sonunda. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və kollektivi bundan sonra da mənim üçün doğma olacaq!", - deyə Nazirliyin mətbuat katibi qeyd edib.