logo

Zakir Həsənov Hulusi Akarla “Qış təlimi-2021” təlimlərini izləyib 

15:59 11-02-2021 | icon 1771
Zakir Həsənov Hulusi Akarla “Qış təlimi-2021” təlimlərini izləyib 

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun, Türkiyənin milli müdafiə naziri Hulusi Akarın, Türkiyə Silahlı Qüvvələrinin komanda heyətinin iştirakı ilə Qars şəhərində keçirilən “Qış təlimi-2021” birgə təlimləri çərçivəsində “Ali müşahidəçi günü” keçirilib.

 YeniAvropa xəbər verir ki,  əvvəlcə təlimlərin Baş Qərargahında iki qardaş ölkənin müdafiə nazirlərinə “Qış təlimi-2021” birgə təlimləri barədə raport verilib.

Sonra nazirlər yeni nəsil texnika və avadanlıqla, eləcə də hərbi ambulanslarla tanış olub, qalın qarlı və kəskin şaxtalı sahədə qardan düzəldilmiş sığınacaqlara baxış keçiriblər.

Qeyd edək ki, Türkiyə telekanalları uğurla davam edən təlimlərdən canlı görüntülər yayıblar.