logo

Ermənistanda Qarabağdan qaçan 10 mindən çox dezertirə cinayət işi açılıb

11:51 11-02-2021 | icon 2191
Ermənistanda Qarabağdan qaçan 10 mindən çox dezertirə cinayət işi açılıb

Qarabağda Vətən müharibəsi zamanı  Ermənistan ordusunun tərkibində xidmət etməkdən yayınan və döyüş silahlarını ataraq ordudan qaçan10 min nəfərdən çox dezertirə qarşı cinayət işləri açılıb. 

YeniAvropa xəbər verir ki, bu barədə "yerevan.today"  yerli "Joxovurd" qəzetinə istinadla məlumat yayıb. Bildirilib ki, məhz bu səbəbdən də, faktiki olaraq ölkədə məhkəmə orqanlarının fəaliyyəti iflic vəziyyətinə düşüb. 

Müharibədən qaçanların hüquq mühafizə orqanlarına çağırılaraq günlərlə dindirilməsi məhkəmələrdə digər mülki işlərin araşdırılmasına əngəl yaradıb. 

Qəzet yazır ki, istintaqda dindirilənlər bildiriblər ki, onlar Qarabağa döyüşə hazır vəziyyətdə gediblər: "Haradan biləydik ki, müharibə yerdə deyil göydə olacaq? Bir anda göydən başımıza alovlar ələnəcək, gözlərimizin qabağında dostlarımız, silahdaşlarımız  yanaraq külə dönəcək? Nə etməliydik? Səngərdə qalıb ölməli idk?"

İfadə verənlərin sözlərinə görə,  müstəntiqlər heç özləri də anlaya bilmirlər ki, bu vəziyyətdə dezertirlərə qarşı hansı hüquqi cəzanı tətbiq etsinlər?

Xatırladaq ki, parlamentin ötən gün keçirilən iclasında "Çiçəklənən ERmənistan" fraksiyasından olan deputat Edmon Marukyanın sualını cavablandıran baş nazir Nikol Paşinyan Qarabağda aparılasn 44 günlük müharibəyə görə 10 mindən artıq hərbçilərə qarşı cinayət işinin başlandığını təsdiqləmişdi.