logo

798,9 milyon manat xarici kreditlə  ötən il bir sıra layihələr icra olunub

20:51 10-02-2021 | icon 2317
798,9 milyon manat xarici kreditlə  ötən il bir sıra layihələr icra olunub

Ölkənin əsas enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya, kənd təsərrüfatı infrastrukturlarının tikintisinə və yenidən qurulmasına 2 milyard 514,4 milyon manat vəsait yönəldilib.

YeniAvropa xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin Azərbaycan Respublikasının 2020-ci il dövlət və icmal büdcəsinin icrasına dair məlumatında bildirilir. 

Qeyd edilib ki,  dövlət büdcəsindən ayrılmış investisiya xərcləri ilə yanaşı, Azərbaycan Hökuməti tərəfindən xaricdən cəlb olunmuş kreditlər hesabına 798,9 milyon manat məbləğində vəsait ölkəmizdə yolların, kanalizasiya sistemlərinin, su təchizatı, kənd təsərrüfatı və digər infrastrukturların tikintisinə və yenidən qurulmasına istifadə olunub.