logo

2020-ci ildə ölkənin müdafiə xərcləri 4,427 milyard  manat təşkil edib

19:20 10-02-2021 | icon 1617
2020-ci ildə ölkənin müdafiə xərcləri 4,427 milyard  manat təşkil edib

Ölkənin müdafiə potensialının gücləndirilməsi və silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması məqsədilə 2020-ci ilin dövlət büdcəsində təsdiq edilmiş 3 milyard 787,5 milyon manat müdafiə xərclərinə qarşı (cari xərclər, investisiya qoyuluşu və ehtiyat fondlarından ayrılan vəsaitlərin cəmi) 4 milyard 426,8 milyon manat vəsait ayrılıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin Azərbaycan Respublikasının 2020-ci il dövlət və icmal büdcəsinin icrasına dair məlumatında bildirilir. 

Qeyd edilib ki, bu,  2019-cu illə müqayisədə 1 milyard 72,6 milyon manat və ya 36,1 faiz çoxdur.

Azərbaycan Respublikası prezidentinin tapşırığına müvafiq olaraq, dövlət büdcəsindən müdafiə xərclərinə əlavə ayrılmış vəsait hesabına yeni hərbi texnikanın alınması, ön cəbhəyə ezam olunmuş hərbi qulluqçuların və səfərbərliklə hərbi xidmətə çağırılmış zabit və gizir vəzifələrinə təyin edilmiş heyətin əlavə pul təminatı, Silahlı Qüvvələrə səfərbərliklə çağırılmış əsgər vəzifələrinə təyin edilmiş heyətə xidmət etdiyi müddətdə aylıq vəzifə maaşı və ona müəyyən edilmiş aylıq əlavənin ödənilməsi qarşılanıb.