logo

Azərbaycanda daha 147 nəfər koronavirusa yoluxdu, 4 nəfər öldü

16:39 10-02-2021 | icon 5565
Azərbaycanda daha 147 nəfər koronavirusa yoluxdu, 4 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasından 236 nəfər müalicə olunaraq sağalıb, 147 yeni yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 231 min 509 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 225 min 914 nəfər müalicə olunaraq sağalıb, 3167 nəfər vəfat edib. Aktiv xəstə sayı 2428 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 470 min 908 test aparılıb. Bugünkü test sayı isə 7298-dir.