logo

Moskvada Azərbaycan-Rusiya əməkdaşlığı müzakirə olunub

11:02 10-02-2021 | icon 2226
Moskvada Azərbaycan-Rusiya əməkdaşlığı müzakirə olunub

Moskvada Azərbaycan və Rusiyanın xarici işlər nazirləri müavinlərinin görüşü olub.

 YeniAvropa xəbər verir ki, bu barədə RF Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, fevralın 9-da Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko ilə görüşüb.

Görüş zamanı ikitərəfli, regional və beynəlxalq gündəliyə dair aktual məsələlər müzakirə edilib. “Görüş ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətləri üçün səciyyəvi olan ənənəvi konstruktiv və səmimi şəraitdə keçib”, - deyə RF XİN-in məlumatında bildirilir.