logo

Ayətullah Əli Xamenei 4 minə yaxın məhkumu əfv etdi

20:08 08-02-2021 | icon 1974
Ayətullah Əli Xamenei 4 minə yaxın məhkumu əfv etdi

İranın Ali Rəhbəri ayətullah Əli Xamenei İslam İnqilabının 42-ci ildönümü münasibətilə 3840 nəfərin əfv edilməsi və ya işlərinin yüngülləşdirilməsi ilə bağlı qərar verib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bundan əvvəl Məhkəmə Hakimiyyətinin sədri höccətülislam İbrahim Rəisi 3840 nəfərin əfv edilməsi və işlərinin yüngülləşdirilməsi ilə bağlı Ə. Xameneiyə məktub ünvanlayıb.

Xatırladaq ki, bu il fevralın 10-na təsadüf edən İran İslam İnqilabı ölkədə əsas milli bayram sayılır. Həmin gün, İranın son şahı Məhəmməd Rza Pəhləvinin (1941-1979) monarxik hakimiyyətinə qarşı mübarizədə İslam İnqilabının son qələbə tarixi hesab olunur.