Spiker Sahibə Qafarova Böyük Britaniyanın dövlət naziri ilə görüşüb
Fevralın 8-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Böyük Britaniyanın dövlət naziri xanım Vendi Morton ilə görüşüb.
YeniAvropa xəbər verir ki, bu barədə Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Qeyd edilib ki, qonağı salamlan spiker Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdən biri kimi Böyük Britaniya ilə siyasi əlaqələrimizin yüksək səviyyədə olduğunu bildirib.
Sədr diqqətə çatdırıb ki, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin İngiltərəyə səfərləri münasibətlərimizin inkişafına böyük töhfələr verib. Böyük Britaniyanın da yüksəksəviyyəli nümayəndə heyətləri dəfələrlə Azərbaycanda səfərdə olublar. Bu səfərlər zamanı Azərbaycan Respublikası ilə Birləşmiş Krallıq arasında ikitərəfli münasibətlərə dair bir sıra sənədlər imzalanıb. İstərdik ki, parlamentlər səviyyəsində də intensiv qarşılıqlı səfərlər həyata keçirilsin.
Milli Məclisin sədri diqqətə çatdırıb ki, siyasi münasibətlərimizin yüksək səviyyədə olması iqtisadi münasibətlərimizə də öz təsirini göstərib. Bu gün ölkələrimiz neft-qaz sənayesi sahəsində uğurla əməkdaşlıq edir. O cümlədən Britaniyanın BP şirkətinin Azərbaycanda fəaliyyəti geniş ictimaiyyətə yaxşı məlumdur.
Səmimi qəbul üçün minnətdarlığını bildirən Böyük Britaniyanın dövlət naziri Azərbaycana ilk səfəri ilə bağlı təəssüratlarını bölüşüb. Qonaq Azərbaycanda keçirdiyi görüşləri, apardığı müzakirələri yüksək dəyərləndirib.
Vendi Morton Azərbaycanda məişət zorakılığının qarşısının alınması və gender məsələləri ilə bağlı görülən işləri yüksək qiymətləndirərək parlamentin bu sahənin hüquqi bazasının təkmilləşdirilməsində böyük rol oynadığını bildirib.
Sahibə Qafarova ölkəmizdə gender məsələlərinə xüsusi diqqət göstərildiyini qeyd edərək bildirib ki, hələ 1918-ci ildə müsəlman Şərqində ilk olaraq Azərbaycanda qadınlara seçki hüququ verilib. Sovet dövründə də bu məsələlər o vaxtkı Konstitusiya ilə tənzimlənib, kişi-qadın bərabərliyi təmin olunub.
Ölkəmiz 1991-ci ildə ikinci dəfə müstəqillik qazandıqdan sonra gender məsələləri ilə yaxından məşğul olmaq üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Hazırda Azərbaycanda qadınlar həyatın müxtəlif sahələrində, dövlət idarəetməsində, parlamentdə təmsil olunurlar. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva öz genişmiqyaslı fəaliyyəti ilə Azərbaycan qadınlarını ən yüksək səviyyədə təmsil edir və bu məsələlərə böyük diqqət göstərir.
Spiker qeyd edib ki, Milli Məclisdə də ailə və qadın məsələləri ilə məşğul olan xüsusi komitə fəaliyyət göstərir. Parlamentdə bu sahəni tənzimləyən bir sıra qanunlar qəbul edilib. Qadın deputatlarımız gender məsələləri ilə bağlı beynəlxalq tədbirlərdə fəal iştirak edirlər.
Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Görüşdə Böyük Britaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev, hər iki ölkənin səfirləri Tahir Tağızadə və Ceyms Layl Şarp, həmçinin digər rəsmi şəxslər iştirak ediblər.
Güləşçilərimiz Kiyev turnirindən 2-si qızıl olmaqla 6 medalla dönürlər
Azərbaycan MDB-də pensiyaçıların sayına görə 10 ölkə arasında 7-cidir
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 74 nəfər saxlanılıb
Müdafiə Nazirliyi Ağdamın Güllücə kəndinin videogörüntülərini yayıb
Son sutkada dünyada 8 mindən çox insan koronavirusdan dünyasını dəyişib
Maya Sandu Moldovada erkən parlament seçkilərinə israr edir
Cahangir Əsgərov iki aydır maaş vermir: AZAL-da nə baş verir?
Yevlax-Bərdə yolundakı avtoqəzada 2 nəfər öldü,1 ailənin 3 üzvü yaralandı
“Meyvəli” ticarət mərkəzində baş verən yanğın söndürülüb
Avropa İttifaqı Şurasının prezidenti Gürcüstana gəlib
İran səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı
20 minədək bakalavr magistratura səviyyəsinə qəbul imtahanı verib
MN Xocavənd rayonunun Çiraquz kəndinin videogörüntülərini yayıb
Azay Quliyev: "Milli Məclisin sədrinə və üzvlərinə qarşı saytlarda və sosial şəbəkələrdə çirkin kampaniya aparılır" - Video
Şuşa fatehi Hikmət Mirzəyevin doğum günüdür
Azərbaycanda daha 270 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü
İran Azərbaycan ordusunun məlumatlarını Ermənistana ötürüb ?
Müdafiə Nazirliyindən Səhman Musayevin ölümü ilə bağlı açıqlama
Ağdam rayonunun Eyvazxanbəyli kəndinin videogörüntüləri yayıldı
Sabah Bakıda yağış yağacaq, 8° isti olacaq
Daha bir hərbi qulluqçumuz minaya düşüb şəhid oldu
Azərbaycanda koronavirusa ilk yoluxmadan 1 il ötür
Keçmiş kənd təsərrüfatı naziri Heydər Əsədov da həbs edilir?
Tanınmış həkimin ailəsində faciə - Tələbə qızı vəfat etdi
Bu gün magistraturaya qəbul imtahanı keçirilir