“Azərsu” ötən il yaranan şirkətlə 0,8 milyonluq tender müqaviləsi bağladı
"Azərsu" ASC Nəqliyyat və Xüsusi Texnika İdarəsinin balansında olan nəqliyyat vasitələri və qurğuların yüksək təzyiqli yanacaq nasosu və yanacaq püskürücülərinin təmiri işlərinin və tələb olunan ehtiyat hissələrinin satın alınması ilə bağlı müqavilə bağlayıb.
YeniAvropa xatırladır ki, sözugedən tender musabiqəsi bu il yanvarın 7-də keçirilib. Açıq tenderin qalibi İRZS MOTORS MMC olub. "Azərsu” qalib şirkətə 768 min 128 manat ödəyəcək.
Tenderin şərtlərinə görə, 1 ədəd Yanacaq nasosu - "CASE 580T" markalı buldozerin yüksək təzyiqli yanacaq nasosun gövdəsinin dəyişilməsi, 12 ədəd yanacaq püskürücüləri "Reno Truks" markalı avtomobilin yanacaq püskürücüsün stenddə yoxlanılması, 12 ədəd yanacaq püskürücüləri - "Reno Truks" markalı avtomobilin yanacaq püskürücüsün tozlandırıcı ucluğun dəyişilməsi, 12 ədəd yanacaq püskürücüləri - "Reno Truks" markalı avtomobilin yanacaq püskürücüsün klapan dəsti dəyişilməsi, 6 ədəd yanacaq püskürücüləri - "Reno Truks" markalı avtomobilinin yanacaq püskürücüsün əsaslı təmir olunması, 8 ədəd yanacaq püskürücüləri - "İsuzu NPR8" markalı avtomobilin yanacaq püskürücüsün stenddə yoxlanılması və 8 ədəd yanacaq püskürücüləri - "İsuzu NPR8" markalı avtomobilin yanacaq püskürücüsün tozlandırıcı ucluğun dəyişilməsi - alınacaq.
Qeyd edək ki, satınalma müqaviləsi bağlanan şirkət "Dövlət satınalmaları haqqında" Qanunun tələblərinə cavab vermir. Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanların, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığın olması lazımdır. Tender müsabiqəsindən cəmi 1 il əvvəl yaranan bu şirkətin qanunda göstərilən təcrübəyə malik olması şübhəlidir. Qanunun 6.2.6. bəndinə görə, şirkətin 5 illik təcrübəsi olmalıdır.
100 manat nizamnamə kapitalına malik İRZS MOTORS MMC 2020-ci ilin yanvarın 8-də yaradılıb. Şirkətin hüquqi ünvanı BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, ZIĞ YOLU -2, ev 36, m. 69-dur, qanunu təmsilçisi isə Zeynalov Rüfət İsrafil oğludur.
Şirkət indiyə kimi dövlət satınalmalarında iştirak etməyib. İnternet resurslarında İRZS MOTORS MMC ilə bağlı məlumatlar yalnız iş elanlarından ibarətdir.
ABŞ-ın Yerevandakı səfirliyi siyasi düşərgələrə çağırış etdi
Avropa İttifaqı Ermənistandakı hadisələri yaxından izləyir
İlham Əliyev "Signify" şirkətinin icraçı direktorunu qəbul edib
Paşinyan Putinə zəng etdi
Bakıda Azərbaycan-İsrail əməkdaşlığı müzakirə edilib
“Neftçi“nin uduzması "Qarabağ”ı lider etdi
"AZAL" Bakıdan Kiyevə xüsusi reyslərə başlayır
Sabah Bakıda 7 avtobusun yolu müvəqqəti dəyişdirəcək
MEDİA-da idman mətbuatına dəstək mövzusunda görüş keçirilib
Bakıda Azərbaycan- Pakistan hərbi əməkdaşlığı müzakirə edilib
Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək
Paşinyan Yerevandakı mitinqdə rəqiblərini həbslərlə hədələdi
Azərbaycanda daha 126 nəfər koronavirusa yoluxdu, 3 nəfər öldü
Oksigenlə zəngin hava şəraiti gözlənilir
İlham Əliyev revanşist fikirlərlə yaşayanlara yumruğunu göstərdi
Baş Qərargah növbəti dəfə Paşinyandan istefa tələb etdi
Lavrov təcili Ayvazyan zəng etdi: Yerevandakı hadisələri müzakirə eidi
Ağcabədi sakinindən 10 kq-dan çox marixuana götürülüb
İlham Əliyev “Dostluq” yatağına dair Anlaşma Memorandumunu təsdiqləyib
Çavuşoğlu:"Ermənistanda çevrilişə cəhdi qətiyyətlə pisləyirik”
Ceyhun Bayramov Pakistan nümayəndə heyətini qəbul edib
Lənkəran polisinin axtardığı dələduz qadın 6 il sonra Tovuzda tapıldı
Sabah Bakıda 7° isti olacaq
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb
Peskov: "Rusiya baş verənləri Ermənistanın daxili işi hesab edir"