logo

Ağdərədə erməni özlərinin basdırdığı minaya düşüb öldü

15:59 13-01-2021 | icon 273
Ağdərədə erməni özlərinin basdırdığı minaya düşüb öldü

Azərbaycanın Qarabağ bölgəsində erməni minaya düşərək ölüb.

YeniAvropa xəbər verir ki, bu barədə məlumatı “Novosti Armeniya” yayıb.

Bildirilib ki, hadisə ötən gün saat 17.50-də Ağdərə rayonu ərazisində qeydə alınıb.

Məlumata görə, M.M. adlı erməni ekskavatorla qazma işləri aparan  zaman partlayış baş verib. Nəticədə ekskavator parçalanıb, M.M. isə hadisə yerində ölüb.