logo

Milyarder Şeldon Adelson vəfat etdi

18:11 12-01-2021 | icon 343
Milyarder Şeldon Adelson vəfat etdi

Yəhudi əsilli amerikalı biznesmen, milyarder Şeldon Adelson 88 yaşında vəfat edib.

 YeniAvropa xəbər verir ki, bu barədə “TASS” informasiya agentliyi məlumat yayıb.

Qeyd edək ki, Ş.Adelson “Las Vegasın Sands” korporasiyasının qurucusu və baş icraçı direktoru olub.
Onun ölüm səbəbi lenfoma müalicəsindəki fəsadlar göstərilir.

Xatırladaq ki,  “Forbes” jurnalı 2020-ci il iyul ayında onun varidatını 30,8 milyard dollar dəyərində qiymətləndirib.

Şeldon Adelson dünyanın ən varlı adamlarının siyahısında 28-ci idi.