logo

Pakistan HHQ-nin nümayəndə heyəti Azərbaycanda səfərdədir

17:56 11-01-2021 | icon 1785
Pakistan HHQ-nin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələri (HHQ) komandanı, aviasiya marşalı Mücahid Anvar Xanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdədir.

YeniAvropa xəbər verir ki, bu haqda  Müdafiə Nazirliyi mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Pakistan nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edərək ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarları üzərinə əklil və gül dəstələri qoyub, xatirəsini ehtiramla anıb.