logo

Sadır Japarov Qırğızıstanda keçirilən prezident seçkilərində 79,19 % səslə öndədir

14:49 11-01-2021 | icon 287
Sadır Japarov Qırğızıstanda keçirilən prezident seçkilərində 79,19 % səslə öndədir

Qırğızıstanda keçirilən növbədənkənar prezident seçkilərinin və referendumun ilkin nəticələri elan edilib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,

 Qırğızıstan Mərkəzi Seçki Komissiyasının sədri Nurjan Şayldabekova Bişkekdə keçirdiyi mətbuat konfransında bülletenlərin 98 faizinin sayıldığını bildirib. Qeyd edib ki, Qırğızıstanda prezident idarəçilik formasına keçidlə əlaqədar referendumda 1 milyon 147 min 462 seçici səs verib. Bu da 80,98 faiz səs deməkdir. Seçicilər prezident idarəçilik formasına üstünlük veriblər.

Prezident seçkilərində isə 1 milyon 416 min 485 nəfər iştirak edib. Sadır Japarov seçicilərin 79,19 faizinin səsini qazanaraq liderlik edir.

Xatırladaq ki, prezident seçkilərində 17 namizəd mübarizə aparıb.