logo

Masallı rayon sakinindən 5 kq-dan artıq narkotik vasitə götürülüb

11:14 09-01-2021 | icon 1862
Masallı rayon sakinindən 5 kq-dan artıq narkotik vasitə götürülüb

Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 5 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq dövriyyədən çıxarılıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib. Qeyd edilib ki, Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı rayon sakini Cəbrayıl Şükürov Cəlilabad rayonu Göytəpə şəhəri ərazisində saxlanılıb.

Onun üzərindən 18 qrama yaxın qurudulmuş marixuana aşkar edilərək götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq C.Şükürovun yaşadığı evə keçirilən baxış zamanı həyətindəki tövlədən polietilen torbada 5 kiloqram 210 qram qurudulmuş marixuana aşkarlanıb.

Faktla bağlı Cəlilabad rayon Polis Şöbəsində araşdırmalar aparılır.