logo

İşğaldan azad olunmuş ərazilərdə başqa vətəndaşlar da yaşaya biləcək

15:10 08-01-2021 | icon 1848
İşğaldan azad olunmuş ərazilərdə başqa vətəndaşlar da yaşaya biləcək

Məcburi köçkün olmayan vətəndaşlarımızın da işğaldan azad edilmiş ərazilərimizdə gedib daimi yaşamaq imkanı olacaq.

YeniAvropa xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov "Yeni TV"yə müsahibəsində deyib.

Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərə qayıdış zamanı təbii ki, üstünlük həmin ərazilərdən məcburi köçkün düşmüş insanlara veriləcək çünki onlar orada torpaqlarını, evlərini itiriblər.

F.Hüseynov daha sonra bildirib ki, gələcəkdə, məcburi köçkünlərin daimi məskunlaşması yekunlaşdırılandan sonra hər bir ölkə vətəndaşı işğaldan azad edilmiş ərazilərdə gedib daimi yaşamaq imkanı əldə edəcək: “Azərbaycanın hər bir vətəndaşının ölkəmizin müxtəlif regionlarında əmlak almaq hüququ var və bu baxımdan işğaldan azad edilmiş ərazilərdə də əmlak ala biləcəklər”.