logo

Rusiyada azərbaycanlı diaspor rəhbəri koronavirusda vəfat edib

17:30 07-01-2021 | icon 1869
Rusiyada azərbaycanlı diaspor rəhbəri koronavirusda vəfat edib

Rusiyada fəaliyyət göstərən azərbaycanlı diaspor rəhbəri vəfat edib.

 YeniAvropa xəbər verir ki,Tver vilayətindəki Azərbaycan diasporunun rəhbəri Sərdar Abdullayev bu gün dünyasını dəyişib.

Onun bir müddət əvvəl xəstəxanada koronavirusdan müalicə aldığı bildirilib. 

Müalicənin effekti olmayıb. 

Qeyd edək ki, Abdullayev Sərdar Süleyman oğlu 1951-ci il yanvarın 21-də Azərbaycanın Kəlbəcər rayonunun Yanşaq kəndində anadan olub. 1973-cü ildə Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunu (indiki Azərbaycan Texniki Universiteti) “Hidromeliorasiya işlərinin mexanikləşdirilməsi” ixtisası üzrə bitirəndən sonra təyinatla Kalinin vilayətinin (indiki Tver vilayəti) Belıy şəhərinə göndərilib. Tikinti sahəsində xidmətlərinə görə 1994-cü ildə S. Abdullayevə “Rusiya Federasiyasının Əməkdar inşaatçısı” fəxri adı verilib, 1998-ci ildə o, “Dostluq” ordeni ilə təltif edilib və ona “Rusiyanın Fəxri inşaatçısı” adı verilib. 2006-cı ildə S. Abdullayev Azərbaycanın “Tərəqqi” medalı ilə təltif olunub.