logo

Vətən Müharibəsinə 4 milyard manat xərclənib

19:12 06-01-2021 | icon 2079
Vətən Müharibəsinə 4 milyard manat xərclənib

Sentyabrın 27-də başlamış Vətən Müharibəsinin hər günü dövlətə təxminən 100 milyon manata başa gəldi və ümumilikdə 44 gün ərzində 4 milyard manat həcmində vəsait xərcləndi.

 YeniAvropa xəbər verir ki, bu barədə "Baku TV"nin hazırladığı süjetdə ətraflı məlumat verilir. Bildirilir ki, müharibədən sonrakı dövrdə geniş sosial dəstək paketlərinin həyata keçirilməsi, o cümlədən şəhid ailələrinə, müaribə əlillərinə yardım məqsədilə böyük məbləğdə vəsaitin xərclənməsi nəzərdə tutulur.

"Dövlət başçısının ötən ilin sonlarında imzaladığı fərmanlarla şəhid ailələrinin təqaüdlərində 66,7 faizlik, müharibə əlilləri və digər həssas qrupların təqaüdlərində orta hesabla 50 faizlik artımlar edilib, yeni təqaüd növləri təsis olunub. Bu artımlar da ildə əlavə olaraq milyonlarla manat vəsaitin ayrılmasını nəzərdə tutur.

İşğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması üçün dövlət milyardlarla vəsait sərf edəcək.

Müstəqil tariximizin ən ağır və məsuliyyətli ilində bir vətəndaş kimi dövlətimizə dəstək olaq!",-deyə süjetdə bildirilir:

  •