logo

Deputatlar Qazaxıstanda keçiriləcək parlament seçkilərini izləyəcəklər

12:50 06-01-2021 | icon 1827
Deputatlar Qazaxıstanda keçiriləcək parlament seçkilərini izləyəcəklər

Milli Məclisin deputatları Qazaxıstanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün yanvarın 7-də ölkənin paytaxtı Nur-Sultan şəhərinə səfər edəcəklər.

 YeniAvropa xəbər verir ki, bu barədə parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən  bildirilib.Qeyd edilib ki, Arzu Nağıyev Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının və İcraiyyə komitəsinin, Naqif Həmzəyev isə TÜRKPA-nın xətti ilə seçkiləri izləyəcəklər.

Yanvarın 10-da keçiriləcək seçkilər zamanı deputatlarımız bir sıra məntəqələrdə olacaq, orada yaradılmış şəraitlə yaxından maraqlanacaq, prosesin gedişini, seçicilərin fəallığını müşahidə edəcəklər.

Səfər yanvarın 15-də başa çatacaq.