Bu gün nakam şair Mikayıl Müşfiqin anım günüdür
Yanvarın 6-sı XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi- şair, tərcüməçi və pedaqoq, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Azərnəşr"in keçmiş redaktoru, repressiya qurbanı, nakam şair Mikayıl Müşfiqin xatirəsini anma günüdür.
YeniAvropa xəbər verir ki, Mikayıl Əbdülqadir oğlu İsmayılzadə(Mikayıl Müşfiq) 1908-ci il iyunun 5-də Bakının Dağlı məhəlləsində, ziyalı ailəsində dünyaya göz açıb. Atası müəllimlik edib, "Vüsuqi" təxəllüsü ilə şeirlər yazıb. O, 1902-ci ildə Xızıdan Bakıya köçüb. Çox körpə ikən anası Züleyxanı, altı yaşında isə atasını itirmiş balaca Mikayıl yaxın qohumlarının himayəsində böyüyüb. Onun körpə qəlbi bu itkilərdən yaralansa da, həyatdan küsməyib və hər zəhmətə qatlaşaraq ardıcıl təhsil alıb. 1915-1920-ci illərdə rus-Azərbaycan məktəbində, 1920-1927-ci illərdə əvvəlcə Bakı Darülmüəllimində, sonra isə 12 nömrəli ikinci dərəcəli məktəbdə, 1927-1931-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində oxuyub. Əmək fəaliyyətinə müəllimliklə başlayıb, Bakı məktəblərində yeddi il dərs deyib.
Mikayıl Müşfiqin ilk mətbu əsəri olan “Bu gün” şeiri 1926-cı ildə “Gənc işçi” qəzetində, “Duyğu yarpaqları” adlı son şeiri isə 1937-ci ildə “Ədəbiyyat qəzeti”ndə dərc edilib. Məhsuldar yaradıcılığı sayəsində 1930-cu ildən başlayaraq onun “Küləklər”, “Günün səsləri”, “Buruqlar arasında”, “Bir may”, “Pambıq”, “Vuruşmalar”, “Şeirlər”, “Şəngül, Şüngül, Məngül”, “Qaya”, “Kəndli və ilan” kitabları nəşr olunub.
Mikayıl Müşfiq tərcümə ilə də məşğul olub. A.Puşkinin “Qaraçılar” (Ş.Abbasov ilə birlikdə), M.Lermontovun “Demon” poemalarını (R.Rza ilə birlikdə), S.Marşakın “Huşsuza bax, huşsuza” şeirini, T.Şevçenkonun, Ö.Xəyyamın və başqa şairlərin irsindən nümunələri, eləcə də M.F.Axundzadənin “Şərq poeması”nı Azərbaycan dilinə çevirib.
1937-ci il repressiyaları Azərbaycan ədəbiyyatının, mədəniyyətinin görkəmli siması Mikayıl Müşfiqdən də yan keçmir. NKVD-nin 27 may 1937-ci ildə təhlükəsizlik kapitanı Çinmanın tərtib etdiyi arayışda qeyd olunur ki, "Mikayıl Müşfiq hal-hazırda "Müsavat gənclər təşkilatı ilə əlaqə saхlayıb, partiya və hökumətin ünvanına böhtanlar deməkdən çəkinmir". Bundan əlavə arayışda Müşfiqin "Azərbaycanın öz azadlığı yoхdur, o, Rusiyanın koloniyasında yaşayır" kimi qızışdırıcı sözləri ilə хalqın arasında narazılıq yaratmaq istəyi iddia olunurdu.
Həbs olunmuş müttəhimlərin "könüllü" surətdə yazdığı izahatlar da nəzərə alınaraq Mikayıl Müşfiq iyunun 4-də evində həbs edilir.
1938-ci il yanvar ayının 5-də SSRİ Ali Məhkəməsinin 20 dəqiqəlik məhkəmə iclası Müşfiq barəsində güllələnmə qərarı verir.Hökm yanvarın 6-da Nargin adasında yerinə yetirilir.
1956-cı il mayın 23-də SSRİ Ali Məhkəməsinin Hərbi kollegiyasının qərarına əsasən Mikayıl Mirzə Əbdülqədir oğlu İsmayılzadə (Mikayıl Müşfiq) ölümündən sonra bəraət almışdır.
"Siz, sülhməramlı olaraq varsınız, lakin..." - Türkiyə hərəkətə keçdi
Azərbaycanda vulkan püskürdü-VİDEO
Ermənistan beynəlxalq məhkəmələr qarşısında cavab verməlidir - XİN
Cavid Qurbanov İran səfiri ilə “Şimal-Cənub” dəhlizini müzakirə edib
İlham Əliyev Cıdır düzündə çay içdi
İtkin düşən daha bir zabitimizin şəhid olduğu bəlli olub
Azərbaycan COVİD-19-a qarşı peyvəndə 46,1 milyon manat xərcləyib
Azərbaycanda Minatəmizləmə Agentliyi yaradıldı
Azərbaycan-Əfqanıstan parlament əməkdaşlığı müzakirə olunub
Ceyhun Bayramov Sergey Lavrovla Qarabağı müzakirə edib
Azərbaycanda daha 349 nəfər koronavirusa yoluxdu, 12 nəfər öldü
“Azercell”in dəstəklədiyi məktəblilərdən 2021-ci ildə ilk uğur
İlham Əliyev:“Bu da...gorbagor olmuş icra başçısının otağı”
Rasim Balayev:“Əməkdar artist adını 3000, xalq artisti adını 5000 manata satırdılar“
Cari ildə Bakı ilə Minsk arasında yüksək səviyyəli səfərlər planlaşdırılır
İcazəsiz hərbi forma geyinənlər 500 manatadək cərimələnəcək
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt bəlli oldu
İlham Əliyev: Məscidləri bu günə qoyan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz
“WhatsApp” messencerində yeni funksiya istifadəyə veriləcək
Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlıları birgə təlimlər keçirəcək
Meliorasiya İdarəsi 1 gündə 3 tender keçirdi-inanılmaz maxinasiya
Paytaxt sakinindən 25 kq-dan çox heroin götürülüb
Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin videogörüntüləri yayıldı
Zərif Moskvada Lavrovla Dağlıq Qarabağı müzakirə edəcək
Yanvarın 16-na olan hava proqnozu