logo

İsgəndər Xəlilovun oğlu Azərbaycanda yeni şirkət yaradıb

18:54 04-01-2021 | icon 2240
İsgəndər Xəlilovun oğlu Azərbaycanda yeni şirkət yaradıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 27 noyabr 2020-ci il tarixində "SAR CASPİAN" MMC-ni dövlət qeydiyyatına alıb.

 YeniAvropa xəbər verir ki, şirkətin nizamnamə kapitalı 300 min ABŞ dollarıdır.

"SAR CASPİAN" MMC-ni Hüquqi ünvanı - AZ1095, BAKI ŞƏHƏRİ SƏBAİL RAYONU, AZADLIQ PR. ev.1-dir. Şirkətin Qanuni təmsilçisi isə Rauf Xəlilovdur ((KHALILOV RAUF (Rusiya Federasiyası)).

Şirkətin hüquqi ünvanı Bakıda "Park İNN" mehmanxanasının yerləşdiyi ünvandır. Bu mehmanxana “İSR” Şirkətlər Qrupuna məxsusdur. “İSR” Şirkətlər Qrupunun sahibi İsgəndər Xəlilovun kiçik oğlu Raufdur.