logo

Ərdoğan: Türkiyə istehsallı peyvənd ən geci apreldə istifadəyə hazır olacaq

16:36 02-01-2021 | icon 266
Ərdoğan: Türkiyə istehsallı peyvənd ən geci apreldə istifadəyə hazır olacaq

"Türkiyə tərəfindən hazırlanan koronavirus peyvəndinin ən geci aprel ayında istifadəyə hazır olması planlaşdırılır. Dünyanın iqtisadi baxımdan sarsıldığı bir vaxtda əsas hədəfimiz ölkəmizi ən yüksək səviyyəyə çatdırmaqdır. Bu işdə heç kim bizim qarşımızı kəsə bilməyəcək. 2021-ci ili islahatlar ilinə çevirəcəyik. Böyük və güclü Türkiyə üçün lazımi tədbirlər görəcəyik. Bunun üçün geniş hazırlıqlar aparılır. Hədəflərimizə daha asan çata biləcəyimiz bir şərait yaratmaqda fikrimiz qətidir".

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Elazığ Kömürhan Körpüsü və Bağlantı Tüneli”nin açılış mərasimində bildirib.

Prezident Ərdoğan daha sonra bildirib ki, tamamilə daxili qaynaqlar hesabına inşa edilən bu körpü Türkiyənin mühəndislik sahəsindəki gücünün və imkanlarının rəmzlərindən biri olacaq.

Qeyd edək ki, Türkiyənin Elazığ və Malatya vilayətlərini birləşdirən bu körpünün tikintisi 720 milyon türk lirəsinə başa gəlib.