"Şahdəniz"dən Avropaya qaz nəqlinə başlanıb
"Şahdəniz" konsorsiumu bu gün Xəzər dənizindəki "Şahdəniz" yatağından Avropaya yeni Cənub Qaz Dəhlizi (CQD) vasitəsilə kommersiya qaz nəqlinin başlandığını elan edir. CQD-nin son hissəsi olan Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə qaz nəqlinin başlanması Azərbaycandan Avropaya uzanan 3500 kilometr uzunluğunda CQD qaz dəyər zəncirinin tam inteqrasiya olunduğunu bildirir.
YeniAvropa xəbər verir ki, bu barədə "BP"nin Azərbaycandakı mətbuat xidmətindən bildirilib.Qeyd edilib ki, bu dəhliz zəncirinin son bölümü vasitəsilə nəql başlamazdan əvvəl "Şahdəniz" yatağından qaz həcmləri 2018-ci ilin ortalarından başlayaraq CQD-nin ilk iki hissəsi – genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri (CQBK) və Trans-Anadolu Boru Kəməri (TANAP) vasitəsilə təhlükəsiz və etibarlı şəkildə regional bazara ixrac olunurdu.
CQD "Şahdəniz" yatağından başlayır və ilk dəfə olaraq Xəzərin enerji ehtiyatlarını birbaşa Avropa bazarlarına çatdırmaq üçün inşa olunub. Bu yataqdan CQD vasitəsilə regional və Avropa bazarlarına ildə 16 milyard kubmetr qaz ixracı planlaşdırılır.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib: “Bu tarixi gündə TAP və “Şahdəniz-2” layihəsini, Cənub Qaz Dəhlizini ərsəyə gətirən, Azərbaycan qazının tarixdə ilk dəfə Avropa bazarına çatdırılmasına öz töhfəsini verən tərəfdaş ölkələrə və şirkətlərə, mütəxəssislərə, bütün həmkarlarımıza, bu layihəni dəstəkləyən maliyyə qurumlarına, boru xətlərimizin keçdiyi icmaların sakinlərinə dərin minnətdarlığımızı bildiririk. Cənub Qaz Dəhlizinin bütün seqmentlərində iştirak payına malik olmaqla, bu tarixi missiyanı uğurla başa çatdıran SOCAR və Azərbaycan neftçiləri adından Avropa İttifaqı xalqlarına və əziz Azərbaycan xalqına gözaydınlığı verir, bu möhtəşəm layihənin müəllifi və aparıcı qüvvəsi olan Prezident İlham Əliyevin simasında bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.
7 il bundan əvvəl biz tərəfdaşlarımızla birlikdə yekun investisiya qərarını verdik və Avropanın qazpaylayıcı şirkətləri ilə 25 illik qaz alğı-satqısı haqqında müqavilələri imzalamaqla yola çıxdıq. Bəzilərinin vaxtı ilə mümkünsüz hesab etdiyi 3500 kilometr uzunluğunda bir-birinə bağlanan üç qaz boru xəttinin inşası artıq başa çatıb. Azərbaycan qazı bu gün Avropadadır.
Avropa yeni mənbədən alternativ marşrut üzrə təbii qaz əldə etməklə öz enerji təhlükəsizliyini gücləndirəcək. Avropa daxilində hasilatın azalması bazarda əlavə qaz həcmlərinə ehtiyac yaradır və Azərbaycan qazı məhz bu ehtiyacın ödənilməsinə kömək edəcək. Beləliklə, köhnə qitə üçün Azərbaycanın əhəmiyyəti daha da artacaq”.
"Şahdəniz"in operatoru olan "BP" şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz deyib: “Azərbaycandan Avropaya qaz nəqlinin başlanması layihədə iştirak edən bütün ölkələrdən olan minlərlə insanın – işçi qüvvəsinin, icmaların, şirkətlərin, Azərbaycan hökumətinin və digər regional və beynəlxalq hökumətlərin, SOCAR və digər tərəfdaşların illərlə çəkdiyi zəhmətin kulminasiyasıdır. Bu hər cəhətdən həqiqətən də dünya səviyyəli bir layihədir.
Biz birlikdə əldə etdiklərimizlə fəxr edirik. Layihənin bütün aspektlərinin - mühəndis layihə, texniki, coğrafi və geosiyasi məsələlərin mürəkkəbliyinə baxmayaraq onu təhlükəsiz şəkildə, qrafikə uyğun və daha aşağı büdcə ilə gerçəkləşdirdik. Bu tarixi bir hadisədir – Azərbaycanla Avropa indi birbaşa, təhlükəsiz və etibarlı enerji xətti ilə birləşib. Bu, bir daha sübut edir ki, biz birlikdə ən mürəkkəb meqa layihələri də uğurla həyata keçirə bilərik”.
Si Cinpin-Blinken görüşü gərgin keçib
İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var
Azərbaycan-Ermənistan sülh danışıqlarını yüksək qiymətləndiririk-Prezident
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır
Minifutbol millimizə yeni idman direktoru təyin edilib
Azərbaycan Avropa üçün həm də yaşıl enerji təchizatçısı olacaq-İlham Əliyev
"Günəşli"də neft hasilatı dayandırılıb?
Sabah Bakıda 29° isti olacaq
Berlində Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü olub
Avropa Parlamentinin qətnaməsində Azərbaycanla bağlı vəziyyət açıq şəkildə təhrif edilib-XİN
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi vəzifəsinin öhdəsindən layiqincə gəlib-Kərim Vəliyev
Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib
Uzun illər Avropa bazarlarına nəql ediləcək neft-qaz resurslarımız var
Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib
İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli seqmentində iştirak edib
AFFA “Neftçi”nin şikayətini təmin etməyib
Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir
Xəzərdə “Dalğa-2024” birgə taktiki təlimi başa çatıb
Avropa çempionatı:Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Daha 39 ailə Füzuliyə köçürülüb
Azərbaycan nefti 88,90 dollara satılır
Nazir və komitə sədrlərinin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır